Dolu və leysan yağışı tərəvəz sahələrinə və meyvə ağaclarına ziyan vurub Dolu və leysan yağışı tərəvəz sahələrinə və meyvə ağaclarına ziyan vurub
  • Mahal
  • 1 İyul 2019 13:44
  •  2 297

Qubada 43 baş qoyunu sel apardı

Dolu və leysan yağışı tərəvəz sahələrinə və meyvə ağaclarına ziyan vurub

İyunun 26-dan başlayaraq bir neçə gündür davam edən leysan yağışı Qubanın dağlıq ərazilərində bir sıra fəsadlar törədib.

Rayonun Söhüb kəndində yerli sakinə məxsus 43 baş qoyunu sel aparıb. Tüləkəran və Kürkün kəndlərində isə ümumilikdə 50 hektara yaxın kartof sahəsi məhv olub. Qısamüddətli dolu və leysan yağışı dağlıq və dağətəyi kəndlərdə bütün tərəvəz sahələrinə və meyvə ağaclarına ziyan vurub.

Hadisə ilə əlaqədar Quba Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılan komissiyanın üzvləri dəymiş ziyanı araşdırmaq üçün vətəndaşların əkin sahələrinə baxış keçirib.

Yağan güclü leysan yağışından sonra dağlardan gələn qaya parçaları və palçıq kütləsi Quba-Xınalıq yolunda suötürücü qurğuları bağladığından sel suları yolun hərəkət hissəsini basıb. Bu səbəbdən Xınalıq kəndinə gedən yol bir neçə saat müddətində avtomobillərin hərəkəti üçün bağlı qalıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnikası cəlb olunmaqla yolda avtomobillərin hərəkəti qısa müddətdə bərpa edilsə də, daş və palçıq kütləsi ilə dolmuş suötürücü qurğuların təmizlənməsi işləri iki gün davam edib.(AZƏRTAC)

AzNews.az