Onun qarpızdan zəhərlənməsi faktı hələ təsdiqini tapmayıb Onun qarpızdan zəhərlənməsi faktı hələ təsdiqini tapmayıb
  • Mahal
  • 11 İyul 2019 11:23
  •  1 279

27 yaşlı gəlinin ölümü haqda xəstəxanadan açıqlama

Onun qarpızdan zəhərlənməsi faktı hələ təsdiqini tapmayıb

Biləsuvar rayon Mərkəzi Xəstəxanası qarpız zəhərlənməsi ilə iddia olunan 27 yaşlı gəlinin ölümünə aydınlıq gətirib.

Xəstəxanadan AzNews.az-a verilən məlumata görə, 27 yaşlı Cəmilə Əlizadənin ölüm səbəbi araşdırılır:

“Xəstə xəstəxanaya gecə saatlarında ağır vəziyyətdə gətirilib. Qohumları onun qarpız yeyəndən sonra vəziyyətinin pisləşdiyini deyib. Həkimlərin səyinə baxmayaraq Cəmiləni həyata qaytarmaq mümkin olmayıb. Hazırda onun ölüm səbəbi araşdırılır. Yəni, onun qarpızdan zəhərlənməsi faktı hələ təsdiqini tapmayıb”.

Qeyd edək ki, Biləsuvar rayonunda ölüm hadisəsi baş verib. Rayonun İsmətli kənd sakini, 27 yaşlı Cəmilə Əlizadə qarpız yedikdən sonra vəziyyəti pisləşib. Cəmiləni rayon xəstəxanasına çatdırsalar da həkimlər onun həyatını xilas edə bilməyib.

Bahar RÜSTƏMLİ

AzNews.az