Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır
  • Mahal
  • 24 Avqust 2019 21:03
  •  1 293

Kürdəmirdə fəhlə qəfil dünyasını dəyişdi

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır

Kürdəmir rayonunda məcburi köçkünlər üçün tikilən binada işləyən fəhlə dünyasını dəyişib.

Gəncə şəhər sakini 50 yaşlı Kazımov Elçin Sadıq oğlunun fəhlə işlədiyi binada qəfildən səhhəti pisləşib.

Onu dərhal Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.(report.az)

AzNews.az