Faktla bağlı Goranboy Polis şöbəsində araşdırma aparılır Faktla bağlı Goranboy Polis şöbəsində araşdırma aparılır
  • Mahal
  • 4 Sentyabr 2019 21:34
  •  2 058

16 yaşlı yeniyetməni maşın vurub öldürdü

Faktla bağlı Goranboy Polis şöbəsində araşdırma aparılır

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Xoylu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Süleymanov Əli Şahin oğlu yolu keçmək istəyən zaman “Priora” markalı minik avtomobili tərəfindən vurulub.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, orada dünyasını dəyişib.

Faktla bağlı Goranboy Polis şöbəsində araşdırma aparılır.(apa.az)

AzNews.az