Hadisə Sarıtəpə kəndində baş verib Hadisə Sarıtəpə kəndində baş verib
  • Mahal
  • 7 Sentyabr 2019 10:15
  •  2 543

FHN Şəmkirdə baş verən yol qəzası ilə bağlı məlumat yaydı

Hadisə Sarıtəpə kəndində baş verib

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkirin Sarıtəpə kəndində baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin saytına istinadən verilən xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Sarıtəpə kəndində “Mercedes” markalı sərnişin avtobusu və “SHACMAN” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən “Mercedes” markalı sərnişin avtobusunda sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti və müxtəlif xəsarətlər alan 4 nəfər sərnişin xilas edilərək aidiyyəti üzrə təhvil veriblər.