- Qərb
- 14:54
- 2 446
Atəşkəsi pozdular! Xüsusilə İsraildən məmnun deyiləm! - Tramp

ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsinə getməzdən əvvəl jurnalistlərə açıqlama verib.
AzNews.az xəbər verir ki, Tramp həm İsrailin, həm də İranın atəşkəs elan etdiyini bildirib: "Hər iki ölkədən, xüsusilə də İsraildən məmnun deyiləm.
ABŞ Prezidenti Tramp İranın nüvə potensialının "artıq olmadığını" iddia edərək "İran heç vaxt nüvə proqramını yenidən qurmayacaq" deyib.
İsrailə müraciət edən Tramp, "O bombaları atmayın. Əgər bunu etsəniz, bu, böyük bir pozuntu olar. Pilotlarınızı dərhal evə qaytarın" ifadələrini işlədib.
AzNews.az