İran Kəşfiyyat İdarəsinin rəis müavini öldürülüb

İsrailin İrana hücumu nəticəsində “Fərəc” kəşfiyyat təşkilatının rəis müavini Sərdar Əlirza Lütfi öldürülüb.

Fars xəbər agentliyi bu barədə məlumat yayıb.

“Fərəc” kəşfiyyat təşkilatının rəis müavini Sərdar Əlirza Lütfi dünən (23 iyun – red.) sionist rejimin hücumu nəticəsində öldürülüb”, – Teleqram kanalı bildirib.

Ötən gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Bəsic kəşfiyyat və təhlükəsizlik bölməsinin komandiri general Məhəmməd Təqi Yusifvənd-in İsrailin hücumu nəticəsində həlak olması barədə məlumat yayıb.

Mövsüm

Aznews.az