İsrail atəşkəsdən əvvəl Tehranın mərkəzinə güclü zərbələr endirib, yüzlərlə əsgər ölüb

İsrail atəşkəs qüvvəyə minməzdən əvvəl Tehranın mərkəzinə güclü zərbələr endirib, nəticədə Bəsic qüvvələrinin yüzlərlə əsgəri ölüb.

APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

O da qeyd edilib ki, bundan əvvəl İran tərəfinin Beer-Şeva şəhərinə raket zərbələri 4 nəfərin həyatına son qoyub.

Eyni zamanda, atəşkəs qüvvəyə mindikdən 6 dəqiqə sonra İsrail bir, yerli vaxtla saat 10:25-də isə iki dəfə raket hücumuna məruz qalıb. Onların bir qismi zərərsizləşdirilib, bəziləri isə açıq sahəyə düşüb.

Ardınca İsrail ordusu Tehran yaxınlığındakı radiolokasiya qurğularına zərbələr endirib.

ABŞ Prezidenti Donald Tramp və Baş nazir Benyamin Netanyahu arasında telefon danışığından sonra İsrail İran ərazisinə hücumları dayandırıb.

ABŞ prezidenti Donald Tramp Netanyahu ilə danışığı zamanı İsrailin məqsədlərinə nail olduğunu deyərək, bu ölkəyə təşəkkür edib.

AzNews.az