• Mahal
  • 12 Sentyabr 21:26

68 yaşlı psixi xəstə evində ölü tapıldı

Faktla bağlı araşdırma aparılır

Şəkidə evdə meyit tapılıb.

Hadisə Şəki şəhəri, 20-ci rayon, S.Eldarov küçəsi, dalan 2, ev 23-də baş verib.

Həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Hüseynov Tahir Bünyamin oğlunun meyiti yaşadığı evdən tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, T.Hüseynov "Altsheymer xəstəliyi, qeyri-müəyyən mənşəli psixoorqanik sindrom" xəstəliyindən əziyyət çəkirmiş və o, evində ürək çatışmazlığından dünyasını dəyişib.

Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az