Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər
  • Mahal
  • 16 Sentyabr 2019 08:58
  •  1 070

Ağcabədidə yol qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum oldu - YENİLƏNİB

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər

Ağcabədi rayonunda baş verən yol qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum olub.

Qəza zamanı ölən şəxs motosikletin sürücüsü, 1982-ci il təvəllüdlü Allahverdiyev Mübariz Bəhruz oğludur.

Qəza zamanı həmçinin Agcabədi rayon sakinləri - 1965-ci il təvəllüdlü Ədalət Əliyev və 1975-ci il təvəllüdlü Polad İsmayılov xəsarət alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər hər iki yaralının vəziyyətinin ağır olduğunu bildirib.

22:49

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb.

Motosiklet “Volkswagen” markalı avtomobillə toqquşub. Nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır. (Report)