Dağıntı və tələfat barədə məlumat daxil olmayıb Dağıntı və tələfat barədə məlumat daxil olmayıb
  • Mahal
  • 1 Dekabr 2019 14:47
  •  2 127

Zaqatalada zəlzələ olub - YENİLƏNİB

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb

Bu gün yerli vaxtla saat 14:06 radələrində Zaqatala stansiyasından 8 km qərbdə Zaqatala ərazisində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verilən məlumata görə, zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

***

14:15

Bu gün saat 14.05-də Zaqatalada zəlzələ baş verib.

Zəlzələ 4 bal gücündə hiss edilib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. (APA)