Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir
  • Mahal
  • 8 İyun 2020 20:05
  •  5 921

Göyçayda bazardakı yanğın söndürülüb

Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir

Göyçay rayonunda bazarda baş verən yanğın söndürülüb.

Azews.az xəbər verir ki, alovun qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Qeyd edək ki, bu gün saat 17:00 radələrində bazarda yerləşən geyim əşyaları mağazalarının və meyvə-tərəvəz mallarının satışı piştaxtalarının olduğu ərazidə yanğın baş verib.

Hazırda sahibkarlara dəymiş ziyanın məbləği araşdırlır.

Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.