Naxçıvandakı imtahanların vaxtı açıqlandı

“Heyətin ora göndərilməsi üçün xüsusi təyyarə sifariş etmişik"

“Naxçıvanda buraxılış imtahanlarına göndəriləcək heyət üçün xüsusi təyyarə sifariş edilib”.

AzNews.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O bildirib ki, bir həftədən sonra Naxçıvanda imtahanların keçirilməsi planlaşdırılır:

“Heyətin ora göndərilməsi üçün xüsusi təyyarə sifariş etmişik, həll olunan kimi orada imtahan keçiriləcək.

Ola bilər ki, bir həftə sonra hansısa rayonda da sərt karantin rejimi tətbiq olunsun və biz tarixləri dəyişmək məcburiyyətində qalaq. Karantin olan şəhər və rayonlarda imtahanlar qərarlara uyğun olaraq təşkil ediləcək. Vəziyyət hər gün dəyişir və biz qərarları qəbul edəndə mütləq Operativ Qərargahdan icazə alırıq. Bu il keçən ilki sənəd qəbuluna nisbətən artım müşahidə olunur”.