• Mahal
  • 22 Sentyabr 10:45

Lənkəranda ümumi istifadədə olan 38 km yol yenidən qurulub

İşlərin əhatə etdiyi sahə 380 min kv.metrə yaxındır

Lənkəran rayonunda əhalinin bir-neçə istiqamət üzrə rahat hərəkətini təmin edən, keçdiyi ərazilər boyu kənd təsərrüfatı və sənayenin birbaşa inkişafına şərait yaradan, bununla da sosial-rifah halına müsbət təsir edən daha bir yol infrastrukturunun yenidən qurulması layihəsi uğurla icra olunaraq yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzNews.az-a verilən məlumatda bildirilir ki, ümumi uzunluğu 38.6 km olan avtomobil yolları 3 və 4-cü texniki dərəcəyə uyğun bir-neçə istiqamət üzrə müasir şəkildə yenidən qurulub. Bu rayonun Səpnəkəran-Şürük-Kosalar-Bala Şürük-Gərmətük-Velədi-Sütəmurdov və Kərgələn-Lüvəsər-Bəlləbur kəndlərini birləşdirən avtomobil yolları, həmçinin mövcud Ələt-Astara magistralının 10 km-lik hissəsidir: "Təbii ki, 10 yaşayış məntəqəsinin yollarının, həmçinin mövcud magistralın bu ərazidən keçən hissəsinin yenidən qurulması əhalinin ürəyincə olub. Çünki uzun illər onların istər rayon mərkəzinə, istərsə də Ələt-Astara magistral yolu və Lənkəran-Lerik respublika əhəmiyyətli yolu vasitəsi ilə qonşu rayonlara birbaşa çıxışında yolların təmirsiz olması ilə bağlı problemlər mövcud olub. Artıq bu problemlər geridə qalıb.
Sözügedən avtomobil yollarında nəqliyyat vasitələrinin intensiv hərəkəti, inzibati əhəmiyyəti və perspektiv inkişafı nəzə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub".

Məlumatda bildirilir ki, yenidənqurma işləri çərçivəsində yolların yararsız örtüyü mexanizmlə sökülüb, torpaq yatağının yararsız hissələri qazılıb çıxarılıb, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun müəyyən hissələrində yolun normativ eninin alınması üçün genişmiqyaslı işlər görülüb, yol əsasın alt və üst layının inşası aparılıb: "Sözügedən işlərin əhatə etdiyi sahə 380 min kv.metrə yaxındır.

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə sıradan çıxmış mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Bu çərçivədə yol boyu müxtəlif diametrlərə malik 1922 paqon-metr uzunluğunda 164 dəmir-beton dairəvi suötürücü borular quraşdırılıb və izolyasiya olunub.

AAYDA-nin “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, əlaqələndirici bitum səpilməklə yolların iri və xırda dənəli asfalt-beton qarışığı ilə örtülməsi, çiyin hissələrin isə optimal qum-çınqıl qarışı ilə bərkidilməsi işləri aparılıb.

Asfalt-beton örtüyünün salınması işləri yekunlaşandan sonra yollar boyu zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanları, siqnal dirəkləri və km göstəriciləri quraşdırılıb, üfiqi nişanlanma xətləri və piyada zolaqları çəkilməklə sözügedən yollarda müasir yol infrastrukturu yaradılıb.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb".

image description image description image description image description image description image description image description