• Mahal
  • 4 Oktyabr 2020 16:38
  •  1 132

Ermənilər Gəncədə Karina Qriqoryanı da yaralayıb

O, 1943-cü il təvəllüdlüdür və uzun illərdir Gəncə şəhərində yaşayır

Bu gün Ermənistan ərazisindən Gəncə şəhərinə atılan ağır artilleriya atəşi nəticəsində yaralanan mülki şəxslərdən biri erməni əsilli Karina Qriqoryandır.

AzNews.az xəbər verir ki, o, 1943-cü il təvəllüdlüdür və uzun illərdir Gəncə şəhərində yaşayır.

Qeyd edək ki, Gəncəyə endirilən raket və top zərbələri nəticəsində Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan dəyib.