Şagirdlərin sayı 5741-dir Şagirdlərin sayı 5741-dir
  • Mahal
  • 20 Oktyabr 2020 22:06
  •  3 046

Zəngilan rayonunun təhsil statistikası açıqlandı

Şagirdlərin sayı 5741-dir

Təhsil Nazirliyi Zəngilan rayonunun təhsil statistikasını açıqlayıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, 1992-1993-cü tədris ili üçün ümümi Zəngilan məktəblərin sayı 67 olub. Həmin məktəblər üzrə 946 müəllim çalışıb. Şagirdlərin sayı isə 5948 nəfər təşkil edib.

2020-2021-ci ildə isə məktəblərin sayı 33 olub. Məktəblər üzrə 609 müəllim çalışıb. Şagirdlərin sayı 5741-dir.