2019-cu ildə Ağdam rayonunda 172 milyon 934 min manatlıq məhsul istesal olunub 2019-cu ildə Ağdam rayonunda 172 milyon 934 min manatlıq məhsul istesal olunub
  • Mahal
  • 20 Noyabr 2020 13:15
  •  7 537

"Ağdam rayonunun torpaqlarının 92 faizi əkin üçün yararlı torpaqlardır"

2019-cu ildə Ağdam rayonunda 172 milyon 934 min manatlıq məhsul istesal olunub

“Müzəffər Azərbaycan ordusu Aran Qarabağın ən böyük rayonu olan Ağdama daxil olub. Qələbəmiz və uğurlarımız davamlı, gözümüz aydın olsun”.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov ordumuzun Ağdam şəhərinə daxil olmasına münasibət bildirərkən qeyd edib.

Deputat işğaldan azad olunmuş şəhərin iqtisadi potensialını şərh edib: “Ərazisi 1094 kvadrat kilometr, əhalisi 200 minə yaxın olan Ağdam rayonu böyük iqtisadi potensiala malikdir. Amma 27 il əvvəlki erməni işğal bu potensialı işğal müddətində məhv etdi. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdi.

İşğaldan əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdir. 40 min əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 27 il ərzində cəmi 17 min sahədə əkin aparılib. Ağdam rayonunun torpaqlarının 92 faizi əkin üçün yararlı torpaqlardır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir”.

Deputat biıdirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Ağdam rayonunda 172 milyon 934 min manatlıq məhsul istesal olunub:

“Son 4 ildə ölkəmizin nəzarətində olan Ağdam kəndlərində məhsul istehsalı 70 faizdən çox artıb. Artıq işğaldan azad olunan Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhvə verə biləcək. Ağdam yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyur”.

Səidə

AzNews.az