• Mahal
  • 15 Dekabr 2020 11:45
  •  223

Azərbaycanda bələdiyyənin adı dəyişdirilir

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

AzNews.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsinin Günəşli bələdiyyəsi ilə əvəz edilməsi nəzərdə tutulub.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.