Tərtər-Suqovuşan və Suqovuşan-Talış avtomobil yolları Tərtər-Suqovuşan və Suqovuşan-Talış avtomobil yolları
  • Mahal
  • 25 Dekabr 2020 13:15
  •  5 210

Qarabağa aparan iki avtomobil yolunun birinci mərhələsi başa çatır

Tərtər-Suqovuşan və Suqovuşan-Talış avtomobil yolları

İşğaldan əzad olunan ərazilərdə inşa edilən 2 avtomobil yolunun birinci mərhələsi başa çatmaq üzrədir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, həmin yollar Tərtər-Suqovuşan və Suqovuşan-Talış avtomobil yollarıdır: "Tərtər - Suqovuşan yolunun uzunluğu 21 kilometr, Suqovuşan-Talış yolunun uzunluğu isə 8 kilometrdir. Ümumi uzunluğu 29 kilometr olan hər iki yolun tikintisində işlər sürətləndirilib. Artıq yaxın günlərdə adıçəkilən avtomobil yollarında tikinti işlərinin birinci mərhələsi yekunlaşacaq. Hazırda asfalt - beton örtüyünün vurulması yekunlaşır, son tamamlanma işləri görülür".

A. Nəcəfli bildirib ki, yolun ikinci mərhələsinə isə gələn ilin əvvəllərində start veriləcək: "Havalar normal keçərsə, gələn ilin əvvəllərində ikinci mərhələ başlanacaq və hər iki yol qısa müddətdə başa çatdırılacaq". (Trend)

AzNews.az