Nazirlər Kabineti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir Nazirlər Kabineti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir
  • Mahal
  • 25 Fevral 2021 16:38
  •  6 509

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

Nazirlər Kabineti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir

Prezident İlham Əliyev “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 26 dekabr 2013-cü il fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 15 oktyabr 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.

AzNews.az xəbər verir ki, dövlət başçısının imzaladığı yeni fərmana əsasən, adları çəkilən göllərlə bağlı səlahiyyətlər İqtisadiyyat Nazirliyindən alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

1-ci göllərə aid bütün sənədləri və məlumatları bir ay müddətində 2-ciyə təhvil verməli, Nazirlər Kabineti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir.