Meyiti tapıldı Meyiti tapıldı
  • Mahal
  • 4 May 2021 23:54
  •  7 986

İsmayıllıda faciə: gənc oğlan süni göldə batdı

Meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN ) "112" qaynar telefon xəttinə İsmayıllı rayonunun Topçu kəndi ərazisində, süni göldə 1994-cü il təvəllüdlü Zərbalıyev Hacı Hamlet oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.Zərbalıyevin meyiti tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzNews.az