- Mahal
- 25 İyun 2021 20:41
- 6 883
Qubada avtomobil qayadan aşıb, sürücü ölüb

Hadisə Qaraçay kəndində qeydə alınıb
Quba rayonunda yol qəzası baş verib.
Aznews.az xəbər verir ki, hadisə Qaraçay kəndində qeydə alınıb.
Belə ki, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Qalib Əzməmməd oğlu Əsgərovun sükanı arxasında olduğu "NİVA" markalı avtomobil idarəetmədən çıxaraq qayadan Qaraçay çayının yatağına aşıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.


