Diplomatlar iyulun 8-də Şuşaya yola düşəcəklər Diplomatlar iyulun 8-də Şuşaya yola düşəcəklər
  • Mahal
  • 5 İyul 2021 14:01
  •  4 822

Azərbaycandakı səfirlər Şuşaya gedir

Diplomatlar iyulun 8-də Şuşaya yola düşəcəklər

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfəri təşkil olunacaq.

Bu barədə diplomatik mənbədən məlumat verilib. Qeyd olunub ki, diplomatlar iyulun 8-də Şuşaya yola düşəcəklər. Növbəti gün isə şəhərlə tanışlıq olacaq.

Səfərin məqsədi diplomatlara Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşilikləri, cinayət izlərini göstərmək, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri ilə tanış etməkdir.