• Mahal
  • 6 İyul 13:00
  •  2 634

Media nümayəndələri Tərtər və Ağdam rayonlarına səfər edib

Onları PA-nın şöbə müdiri müşaiyət edir

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin tapşırığı ilə enerji və ekologiya üzrə işçi qruplarının üzvlərinin və media nümayəndələrinin Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Ağdam rayonuna səfəri başlayıb.

AzNews.az-ın məlumatına görə, səfər iştirakçılarını Prezident Administrasiyasının şöbə müdirinin müavini Nüsrət Süleymanov müşaiyət edir.

Səfər çərçivəsində Suqovuşandakı su anbarı və elektrik stansiyaları ilə tanışlıq nəzərdə tutulur. Bundan sonra isə “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları ilə tanışlıq həyata keçiriləcək, daha sonra isə işçi qruplarının birgə iclası keçiriləcək.

Dövlət başçısının 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı birmənalı şəkildə ölkə prezidentinin qarşıya qoyduğu vəzifə və tapşırıqlara uyğun olaraq fəaliyyət göstərir.