Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 18 İyul 2021 09:00
  •  7 104

Saatlıda avtomobil dərəyə aşdı

Faktla bağlı araşdırma aparılır

Saatlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək dərəyə aşıb.

Hadisə zamanı 1984-cü il təvəllüdlü Məmmədov Vüsal Əbülfəz oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.