Vəziyyətlərinin orta-ağır olduğu bildirilir Vəziyyətlərinin orta-ağır olduğu bildirilir
  • Mahal
  • 21 Sentyabr 2021 21:58
  •  4 724

Gəncədə ana və oğlunu avtomobil vurub

Vəziyyətlərinin orta-ağır olduğu bildirilir

Gəncədə 2 piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Aznews.az xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən ana və oğlunu vurub. Onların hər ikisi xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.