Almalı, Almalıq , Alməmmədli Almalı, Almalıq , Alməmmədli
  • Mahal
  • 15 Oktyabr 2021 12:17
  •  9 252

Zəngəzur toponimləri

Almalı, Almalıq , Alməmmədli

Əvvəli burada

Almalı - Sisyan rayoununda kənd adı. D.D Paqirevin 1913-cü ildə tərtib etdiyi “Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi” toplusunda kəndin adı Almalu şəkildə göstərilmişdir. Bəzi mənbələrdə Almalıq kimi də qeyd olunur. Sofulu və Murxuz kəndləri arasında salınmışdır. Kəndin adı salındığı yerin alma bağları olamsı ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Sarallı tayfasının qışlaqlarından birinin adıdır. Sarallı tayfasınan eyniadlı yaylaq yeri Kəlbəcər rayonu ərazisində olmuşdur. Kənddə 1886-ci ildə 38 , 1905- ci ildə 50 nəfər azərbyacanlı əhali yaşamışdır. 1905-ci ildə erməni- müsəlman davası zamanı kənd dağıdılmışdır.

Almalıq- Qafan rayonu ərazisində xaraba kənd və çay adı. Almalıq kəndi Cıbıllı və Aşağı Gödəkli kəndlərinin yaxınlığıda olmuşdur. Kəndin adı salındığı yerin alma bağları olması ilə əlaqədardır. 1918-ci ildə azərbaycanl əhali qovulmuş və kənd dağılmışdır.

Alməmmədli- Laçın rayonunda kənd adı. Başqa adı Yalkənd. Qarabağ xanlığında xanın baş sərkərdəsi Alməmməd bəyin mülkü olmuşdur. Alməməd bəy Qarabağ xanlığınaın banisi Pənahəli xanın yaxın silahdaşı Qara Murtuz bəyin nəvəsi idi. Kənd haqqında sonuncu məlumat 1924- cü ilə aiddir. Bu zaman kənddə 29 nəfərin yaşadığı bildirilir. Kollektivləşmə ilə əlaqədar kənd dağıdılmışdır. Əhalisi Alıqulu kəndinə köçmüşdür.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013