Alaqurşaq, Aldərə, Aldərə çayı, Alçalı Alaqurşaq, Aldərə, Aldərə çayı, Alçalı
  • Mahal
  • 7 Oktyabr 2021 13:17
  •  7 025

Zəngəzur toponimləri

Alaqurşaq, Aldərə, Aldərə çayı, Alçalı

Əvvəli burada

Alaqurşaq – Qubadlı rayonunda kənd adı. Həkəri çayının sahilindədir. Mahruzlu kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kənd rayon mərkəzindən cənub- şərqdə rayonu 18 km- də dəniz səviyyəsindən 1380 m hündürlükdə yerləşir. Akara-Laçın şose yolu kəndin yaxınlığından keçir. Muğanlı və Xanlıq kəndləri ilə qonşudur. Kənddə işğala qədər sosial obyektlər və 25 ev 91 nəfər əhali olmuşdur. Sultanlı tayfası tərəfindən Alaqurşaq yeri adlı sahə salınmışdır. Toponim ala burada boz rəngi və qurşaq sözlərinin birləşməsindən ibarət olub boz rəngli qurşaqda salınmış kənd mənasındadır.

Aldərə- Mığrı rayonunda kənd. Yerli sakinlər kəndin adına Əli damı da deyirlər. Əli şəxs adından və dərə sözündən ibarətdir. Rayon mərkəzindən 12 km cənub –şərqdə Araz çayının sol sahilində İrəvan – Bakı dəmir yolunun sol tərəfində yerləşmişdir. Rayonun ən iri kəndlərindən olan Aldrə kəndi 1918 –ci ildə Andranikin daşnak dəstəsi tərəfindən dağıdılıb yandırırlıb. Əhalinin salamat qalan hissəsi müxtəlif qonşu vilayətlərə qəzalara qovuldu. Kənddə 1886-ci ildə 1077 , 1914-cü ildə 1987 , 1931- ci ildə 490 , 1986 ci ildə 820 nəfər azərbaycalı əhali yaşamışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

Aldərə çayı – Mığrı rayonunda çay. Aldərə kəndinin ərazisindən axaraq Araz çayına tökülür. Hidronim Aldərə kəndinin adından götürülmüşdür. Bu elat son zamanlara qədər Laçın rayonunun Məzməzək kəndində yaşamışdır. Laçın rayonunda eyni adlı çay da var. Məzməzək toponiminin mənası aydınlaşdırılmamışdır.

Alçalı – Gorus rayonunda kənd adı. Ağbulaq kəndinin yaxınlığında meşəlik ərazidə yerləşirdi. Alça bitkisi bol olan yerdə salındığı üçün belə adlandırılmışdır. 1918-ci ildə azərbaycanlılardan ibarət əhali qovulduqdan sonra kənd dağıdılmışdır. Kəndin xarablıqları, qəbir yerləri son zamanlara qədər qalırdı.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013