"Bu maraqlı şəhərdən ayrılacağım üçün təəssüflənirəm” "Bu maraqlı şəhərdən ayrılacağım üçün təəssüflənirəm”
  • Mahal
  • 19 Oktyabr 2021 22:47
  •  5 653

Hakan Ustabaşı: Naxçıvan qədim sivilizasiyanın beşiyidir

"Bu maraqlı şəhərdən ayrılacağım üçün təəssüflənirəm”

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq əlaqələri mövcuddur. Bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri var.

Aznews.az xəbər verir ki, bu barədə müsahibəsində danışan mühasiblərin və auditorların VII Avrasiya forumunun Türkiyədən olan iştirakçısı Hakan Ustabaşı bildirib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında iqtisadi-ticarət, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və nəqliyyat sahələrində əlaqələr uğurla inkişaf etdirilir.

Qədim sivilizasiyanın beşiyi olan Naxçıvanla bağlı xoş təəssüratlara malik olduğunu vurğulayan Hakan Ustabaşı deyib: “Forumun başa çatması ilə əlaqədar bu maraqlı şəhərdən ayrılacağım üçün təəssüflənirəm. Naxçıvanda insanlar çox qonaqpərvərdirlər. Birgə mədəniyyətə, dilə sahib olmağımız məni sevindirir”.