• Mahal
  • 4 Noyabr 20:47
  •  6 167

Göbələkdən zəhərlənən bir ailənin 4 üzvü Bakıya göndərilib - VİDEO

Hadisə Qaxın Ləkit kəndində baş verib

Qaxın Ləkit kəndində göbələkdən zəhərlənən bir ailənin dörd üzvü Respublika Toksikologiya Mərkəzinə köçürülüb.

Aznews.az xəbər verir ki, Qax Rayon Mərkəzi Xəstəxanasında göbələk zəhərlənməsi diaqnozu ilə müalicə alan Qax rayonu Ləkit kənd sakini 55 yaşlı Məlik Şıxamirov və onun həyat yoldaşı 49 yaşlı Pəri Şıxamirovanın vəziyyətləri nəzərə alınaraq bu gün günorta saatlarında Respublika Toksikologiya Mərkəzinə göndəriliblər. Axşam saatlarında isə ailənin övladı 16 yaşlı Mehri Şıxamorova və gəlinləri 25 yaşlı İlhamə Şıxamirova da müayinə olunmaq üçün Respublika Toksikologiya Mərkəzinə aparılıblar.

***

10.49

Qaxda iki ailənin üzvləri göbələkdən zəhərlənib.

Ötən gün axşam saatlarında rayonun Ləkit kənd sakinləri olan bir ailənin üzvləri - 1966-cı il təvəllüdlü Məlik Şıxamirov, onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Pəri Şıxamirova, ailənin gəlini, 1996-cı il təvəllüdlü İlhamə Şıxamirova və onun qızı, 2005-ci il təvəllüdlü Mehri Şıxamirova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Müayinə zamanı Şıxamirovlar ailəsinin göbələk yedikdən sonra zəhərləndiyi məlum olub.
Hazırda Şıxamirovlar ailəsinin müalicəsi xəstəxanada davam edir.

Bundan başqa, Qax şəhər sakinləri olan Eldar Əfəndiyev və onun həyat yoldaşı Səyyarə Məmmədova da göbələk zəhərlənməsi ilə Qax RMX-a müraciət ediblər.
E. Əfəndiyevin vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
Həyat yoldaşı S. Məmmədovanın müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir./Apa