İşdən çıxarılan müavini icra başçısına silah çəkib? İşdən çıxarılan müavini icra başçısına silah çəkib?
  • Mahal
  • 18 İyul 2022 19:32
  •  65 832

Lənkəranın icra başçısı Taleh Qaraşov: "Hər halda..."

İşdən çıxarılan müavini icra başçısına silah çəkib?

Lənkəran icra hakimiyyətinin başçısı Taleh Qaraşov məktəblini döyən müavini Rəsilə Əliyevanın işdən çıxarılacağı barədə sual ünvanlanıb.

Qaraşov Manset.az-ın əməkdaşı ilə qısa söhbətində məsələyə "hər halda..." deyərək cavab verib. İcra başçısı ardınca əlavə edib ki, bu barədə ətraflı danışmayacaq.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb və bu barədə Baş Prokurorluq məlumat yayıb.

AzNews.az bildirir ki, bu gün sosial şəbəkələrdə Rəsilə Əliyevanın icra başçısı Taleh Qaraşaovun üstünə silah çəkməsi barədə də məlumatlar yayılıb. Lənkaran icra hakimiyyəti bu məlumatları görməzlikdən gələrək hələlik heç bir açıqlama yaymayıb.

AzNews.az