- Mahal
- 7 Avqust 2022 22:21
- 5 771
Güclü yağışdan sonra Gəncəyə dolu düşüb - FOTO

Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir
Gəncəyə dolu yağıb.
Aznews.az xəbər verir ki, bu gün axşam saat 21 radələrində güclü yağışdan sonra şəhərə dolu düşüb.
Təxminən 10-15 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib.
Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.