- Mahal
- 11 Avqust 2022 18:46
- 6 393
Xocavəndin Tuğ kəndində Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları aşkarlanıb

Müdafiə Nazirliyi məlumat yayıb
Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.
Bu barədə Aznews.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.