• Mahal
  • 3 Dekabr 2022 16:59
  •  6 104

Daşkəsəndə avtomobil qəzası baş verib - ÖLƏN VAR

Daşkəsən rayonunda avtomobillər toqquşub, müəllim ölüb.

Aznews.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "Soyuq bulaq" deyilən ərazidə qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük avtomobili ilə "Niva" markalı maşın toqquşub. Nəticədə "Niva"nın sürücüsü - Daşkəsən rayonunun Əmirvar kənd sakini, 1964-cü il təvəllüdlü Xanlar Tağıyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Tağıyev Əmirvar kənd tam orta məktəbinin müəllimi imiş.

Faktla bağlı araşdırma aparılır.