- Mahal
- 3 Sentyabr 2023 10:54
- 8 051
Güclü yağış Oğuzda ciddi fəsadlar törədib
Güclü yağış Oğuz rayonunda fəsadlar törədib
Dünən axşam yağan güclü yağış nəticəsində Qarasu çayında suyun səviyyəsi artıb, nəticədə sel suları Xalxal kəndinə ziyan vurub.
Məktəbə gedən körpünün bir hissəsi çöküb, bir neçə ailənin həyətinə və tövləsinə su dolub. Asfalt yolunun kənarlarını su yuyub, bir neçə elektrik dirəyi sıradan çıxıb.
Hazırda aidiyyəti qurumların nümayəndələri ərazidə iş aparırlar.