• Mahal
  • 30 Sentyabr 2023 17:32
  •  8 403

Zəngilanda 160 yerlik uşaq bağçası inşa ediləcək

Zəngilan şəhərində 1 hektar ərazidə ümumi tikinti sahəsi 3750 m2-dən ibarət 160 yerlik uşaq bağçası inşa ediləcək.

Aznews.az xəbər verir ki, uşaq bağçası iki mərtəbədən ibarət olacaq və 160 uşaq üçün nəzərdə tutulub.

Bağçada 8 qrup otağı, 1 camaşırxana, 3 texniki otaq, 6 inzibati otaq, 1 qəbul zonası, 4 tibb otağı, 1 mətbəx, 1 idman zalı, 1 musiqi zalı nəzərdə tutulub.