- Mahal
- 21 Oktyabr 2023 12:32
- 6 990
Tovuzda 26 yaşlı gəncin özünü güllələməsi faktı araşdırılır
Tovuzda 26 yaşlı gəncin özünü ov tüfəngi ilə güllələməsi faktı araşdırılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Aznews.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alaraq ölməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.