• Mahal
  • 4 Yanvar 2024 14:37
  •  8 109

Cəlilabadda yeni il faciəsi

Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, ailə üzvləri - 1998-ci il təvəllüdlü S.Zeynalova, 1959-cu il təvəllüdlü İ.Zeynalov və 1963-cü il təvəllüdlü X.Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətirilib.

İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.