• Mahal
  • 6 Yanvar 2024 19:54
  •  8 374

Goyçayda 55 yaşlı qadın kanalda boğularaq ölüb

Goyçayda qadın kanalda batıb.

Aznews.az xəbər verir ki, Göyçay sakini, 1969-ci il təvəllüdlü Məmmədova Fatma Ağakərim qızı kanalda boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonunun Ulaşlı Şıxlı kəndi ərazisindən keçən hissəsində suyun üzündə naməlum qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.