- Mahal
- 09:49
- 1 057
Yevlaxda ər-arvad qəzaya düşüb, ölən var

Yevlax rayonunda minik avtomobili ilə qoşqulu motosikletin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.
Avtomobillin qoşqulu motosikletə çırpılması nəticəsində motosikletdə olan 1959-cu il təvəllüdlü F. Kazımova aldığı xəsarətdən keçinib.
Onun həyat yoldaşı 1955-ci il təvəllüdlü H. Kazımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.