- Mahal
- 7 Sentyabr 21:02
- 1 342
Ağdaşda idarəetmədən çıxan avtomobil aşıb, sürücü ölüb

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Aznews.az" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki,"KIA" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 29 yaşlı Əhliman Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində həlak olub, sərnişin isə yaralanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.