- Mahal
- 17:03
- 1 452
Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin reyestrə salınması üçün iş gedir

Tovuz rayonunun Avdal kəndində yerləşən məbəd tarixi abidələrin reyestrinə daxil deyil.
Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat xidmətinin rəhbəri Fariz Hüseynli bildirib.
Onun sözlərinə görə, tiklinin tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, həmin reyestrə daxil edilməsi üçün yeni aşkar edilmiş abidə qismində qeydə alınıb: “Sözügedən məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacaq”.
AzNews.az