- Mahal
- 22:01
- 965
Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

"27 sentyabr - Anım Gününun beşinci ildönümü ilə bağlı Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib".
Bu barədə AzNews.az-a millət vəkili Vüqar İskəndərov məlumat verib. O, deyib:
"Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri ilə birlikdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şəhidlərin Xatirə Kompleksininin yerləşdiyi məzarlığı ziyarət etdik. Şəhid məzarları önünə əklil və gül dəstələri qoyduq, şəhidlərin xatirəsini ehtiramla andıq".
AzNews.az