- Mahal
- 9 Oktyabr 20:17
- 5 280
Goranboyda yol qəzasında 5 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, Rəhimli kənd sakini, 1989-cu il təvəllüdlü E. Şirinovanın idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.
Qəza zamanı rayonun Rəhimli kənd sakini, 1989-cu il təvəllüdlü E. Şirinova, sərnişinlər 1980-ci il təvəllüdlü S. Məmmədova, 1982-ci il təvəllüdlü L. Abdullayeva, 1978-ci il təvəllüdlü S. Məmmədova, 1981-ci il təvəllüdlü Y. Məmmədova və 1988-ci il təvəllüdlü A. Haqverdiyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.