Gəncədə 72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalaraq ölüb

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb.

Aznews.az xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.

1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında - küçədə “VAZ-21011” markalı avtomobilini təmir edən zaman qaldırıcının qırılıb, nəticəsində avtomobil üzərinə düşüb. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aprılır.