Xocavəndin Sos kəndinə növbəti köç olub

Xocavəndin Sos kəndinə növbəti köç olub.

Aznews.az xəbər verir ki, Sos kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Sos kəndinə isə 21 ailə, 94 nəfər köçürülüb.

Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

AzNews.az

image description image description image description image description image description image description image description