- Mahal
- 20:54
- 1 365
Ucarda iki gün əvvəl yol qəzasında ağır xəsarət alan qadın xəstəxanada ölüb
Ucarda iki gün əvvəl yol qəzasında ağır xəsarət alan qadın bu gün xəstəxanada ölüb.
Aznews.az xəbər verir ki,Bu barədə Ucar rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Məlumata görə, vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü Mahmudova Xatirə Əmrah qızı həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.
Xatırladaq ki, dekabrın 31-də baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər (2 kişi, 1 qadın) xəsarət alıb. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Aznews.az