- Mahal
- 3 Yanvar 11:58
- 1 645
Ağstafada yanmış meyit tapılıb
Ağstafa rayonunda 62 yaşlı kişinin yanmış meyiti aşkarlanıb.
Aznews.az xəbər verir ki, hadisə yanvarın 1-də qeydə alınıb. Qazax rayon sakini 1964-cü il təvəllüdlü Nazim Nəsibovun üzərində zorakılıq əlamətləri görünməyən yanmış meyiti Ceyrançöl adlandırılan ərazidə tapılıb.
Araşdırma aparılır.