- Mahal
- 5 Yanvar 12:20
- 1 885
Üzərinə soba aşan 77 yaşlı qadın yanaraq ölüb
Cəlilabad rayonunda 77 yaşlı qadın faciəli şəkildə ölüb.
Aznews.az xəbər verir ki, rayon sakini - 1949-cu il təvəllüdlü Xasagül Rəşid qızı Balaşova yaşadığı evdə sobanı yandırmaq istəyərkən soba onun üzərinə aşıb.
Nəticədə qadın yanaraq ölüb.
Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.