Türkiyədə ABŞ-ın pilotsuz uçan aparatı qəzaya uğrayıb. Türkiyədə ABŞ-ın pilotsuz uçan aparatı qəzaya uğrayıb.

ABŞ təyyarəsi qəzaya uğradı - Türkiyədə

Türkiyədə ABŞ-ın pilotsuz uçan aparatı qəzaya uğrayıb.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, pilotsuz uçan aparat (PUA) Adana şəhərindən 15 kilometr aralıda kənd təsərrüfatı sahələrindən birinə düşüb.

Pilotsuz idarə olunan təyyarənin hansı səbəblərdən qəza keçirdiyi məlum deyil. Polis təyyarənin düşmə rayonunu tamamilə mühasirəyə alıb. Artıq hadisə yerinə araşdırma aparmaq üçün "İncirlik" təyyarə bazasından hərbi mütəxəssislər gəlib. Hələ hadisə ilə bağlı rəsmi hakimiyyət heç bir şərh verməyib.

Türkiyə Adana vilayətinin İncirlik rayonunda yerləşən eyni adlı hərbi baza İŞİD-lə mübarizə aparan koalisiya qüvvələrinin istifadəsi üçün açılıb. Bu razılaşmanın əsas hədəfi İŞİD və əl Nüsra kimi radikal terror qruplaşmaları olacaq. Ehtiyac olacağı təqdirdə ABŞ və koalisiya qüvvələrinə məxsus İncirlik bazasından qalxan qırıcılar Türkiyə hava sahəsindən keçərək İraq və ya Suriyaya keçə biləcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında baş tutmuş telefon danışığı zamanı bu məsələnin müzakirə olunduğu bildirilsə də bu barədə ətraflı məlumat verilməyib.